Ünvan

Naxçıvan Dövlət Universiteti

E-mail Adresi

rektor@ndu.edu.az

me-01

Haqqında

7 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır. 2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində magistratura təhsili almışdır. Tədqiqat sahəsi: Siyasi repressiyalar 2002-2006-ci illərdə Naxçıvan Dövlət Universitetində doktorantura təhsili almışdır. Tədqiqat sahəsi: Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi Doktorluq mövzusu: Böyük İpək yolu və Naxçıvan 1998 – 2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər təşkilatının sədri vəzifəsində çalışmışdır. 2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2000-2005-ci illərdə Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. 2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında baş müəllim, 2008-ci ildə isə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır. 2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar Elmlər kafedrasının müdiri, 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır. 2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olmuşdur. 2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Elmi Fəaliyyəti

  • 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
    2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir.
    1997-ci ildə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə Heydər Əliyev adına təqaüdə layiq görülmüşdür.
    2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyi və YAP Gənclər Birliyi tərəfindən “İlin ən yaxşı gənci” adına layiq görülmüşdür.
    2007-ci ildə Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə və Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
    2008-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə yubiley medalı ilə təltif olunmuşdur.
    2012-ci ildə Sosial şəbəkələrdə fəallığına, Naxçıvan tarixinin tədqiqi və təbliğinə görə təltif olunmuşdur.
    2024-cü ildə Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edilib.

  • 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin müəllifidir.
    60-a yaxın elmi və publisistik əsərin, 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 meteodik vəsaitin müəllifidir.

  • 2002- Gürcüstan /Tbilisi şəhəri, İncəsənətdə beynəlxalq əlaqələr. Beynəlxalq konfrans
    2004-Türkiyə / İzmir şəhəri, Türk dilini ve kültürünü öyrənmə Simpoziumu
    2006-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu
    2007- Türkiyə / Iğdır şəhəri, Sözdə Erməni soyqırımı. Beynəlxalq konfrans
    2007-Azərbaycan / Naxçıvan şəhəri, «Azərbaycan-Türkiyə ədəbi-mədəni və iqtisadi əlaqələri» Beynəlxalq simpozium
    2008-Türkiyə / Kars şəhəri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş elmi konfrans
    2009-Türkiyə / Kars şəhəri, IV Türk Dış Politikası, Beynəlxalq Simpozium
    2009- İran / Təbriz şəhəri, Tarixdə Qafqaz , Beynəlxalq konfrans
    2010- ABŞ (Kaliforniya) Los-Angeles şəhəri, SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı
    2010- Azərbaycan / Naxçıvan şəhəri, Sivilizasiyaların dialoqu Nil çayından Araz vadisinədək, Beynəlxalq simpozium
    2011 – Türkiyə / Sarıqamış şəhəri, Sarıqamış əməliyyatının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans
    2011 – Malayziya Kuala Lumpur, SİFE (Tələbələr Azad Sahibkarlıq fəaliyyətində) Dünya Çempionatı
    2011 – Türkiyə/ İğdır. II Beynəlxalq Araz Simpozyumu
    2012 -Türkiyə/ Bitlis. I Beynəlxalq Əhlət-Avrasya Mədəniyyət və İncəsənət Simpozyumu
    2012 – Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan ilkin şəhər və Duzdağ Beynəlxalq simpozyumu
    2013 – Türkmənistan / Aşqabad, Beynəlxalq konfrans
    2014- Portuqaliya / Lissabon, Avropaşünaslıq təlimi
    2014- ABŞ (İlinoys), Çikaqo- IX Beynəlxalq İpək yolu konfransı
    2015- Azərbaycan / Naxçıvan şəhəri, Beynəlxalq İpək yolu Konfransı
    2018- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans
    2019- Azərbaycan / Naxçıvan şəhəri, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans
    2019- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda elmi-praktik konfrans
    2019- Azərbaycan / Naxçıvan şəhəri , “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi-praktik konfrans
    2019- Azərbaycan / Naxçıvan şəhəri, “Təhsil-tədqiqat-innovasiya”: doktorant və magistrantların I Regional elmi konfransı
    2020- Azərbaycan / Naxçıvan şəhəri, “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” onlayn respublika konfransı
    2020- Azərbaycan / Naxçıvan şəhəri, “Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans
    2020- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində Ekoloji tarazlığın qorunub saxlanmasına dair onlayn respublika elmi konfrans
    2020- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti, “Qaraciyər xarici öd yollarının patologiyaları zamanı cərrahi taktika” adlı beynəlxalq onlayn elmi konfrans
    2020- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn universitet elmi konfransı
    2020- Azərbaycan / Naxçıvan şəhəri, “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda onlayn konfrans
    2020- Azərbaycan / Naxçıvan şəhəri, “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda onlayn konfrans
    2020- Azərbaycan / Naxçıvan şəhəri, Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu mövzusunda ilk onlayn respublika elmi konfransı
    2021- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində "Stomotologiyada müasir innovasiyalar" II Beynəlxalq konfransı
    2021- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransı
    2021- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu mövzusunda beynəlxalq simpozium
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetinin 55 illiyinə həsr olunan “Naxçıvan ekosisteminə baxış” mövzusunda konqres
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar beynəlxalq elmi konfrans
    2022- Azərbaycan / Bakı şəhəri, Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” Beynəlxalq elmi konfransı
    2022- Azərbaycan / Bakı şəhəri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkil etdiyi “Təhsildə davamlı keyfiyyət təminatı" adlı beynəlxalq konfrans
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti, “I Beynəlxalq Tibbi Forum”
    2022- Yaponi, Fujita Health Universiteti, Asiya Universitetlərinin Sammiti- 2022
    2022- Türkiyə/ İğdir şəhəri, "Zəngəzur Koridoru" mövzusunda konfrans
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində “Alternativ tibb metodlarının tətbiqi məsələləri” adlı II Respublika elmi konfransı
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Heydər Əliyev və Türk dünyası" mövzusunda elmi-praktik konfransı
    2022- Azərbaycan / Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafında innovasiyalaraın rolu” mövzusunda respublika elmi konfransı
    2022- " Azərbaycan / Naxçıvan şəhəri, Fizikia, astronomiya və riyaziyyatın aktual problemləri" mövzusunda Respublika elmi konfransı
    2023- Azərbaycan / Bakı şəhəri, “Heydər Əliyevin uğurlu xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans
    2023- Azərbaycan / Bakı şəhəri, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı
    2023- Azərbaycan / Naxçıvan şəhəri, “Qərbi Azərbaycana qayıdış” festival-konqres
    2023- Azərbaycan / Bakı şəhəri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən "Tərcüməşünaslığın müasir problemləri" mövzusunda Respublika elmi konfransı
    2023- Azərbaycan / Bakı şəhəri, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu
    2023- Özbəkistan/ Cizak şəhəri, Özbəkistan - Azərbaycan I Akademik Forumu
    2023- Azərbaycan / Bakı şəhəri, Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfrans
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans
    2023- Türkiyə/ İğdir şəhəri, İkinci Beynəlxalq İpək Yolu Konqresi
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan Muxtar Respublikası Kardiologiya Konqresi”
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Professor Əjdər İsmayılovun anadan olmasının 85 illiyinə həsr olunmuş "Dövləti qoruyun" adlı elmi-praktik konfrans
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Praktik stomatologiyada innovasiyalar” adlı konfrans
    2023- Azərbaycan / Naxçıvan şəhəri, I Beynəlxalq Apiterapiya və Təbiət Konqresi
    2023- Azərbaycan / Naxçıvan şəhəri, I Beynəlxalq İpək yolu konfransı
    2023- Azərbaycan / Naxçıvan şəhəri, IV SABAH İncəsənət Festivalı
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı
    2023- Azərbaycan / Bakı şəhəri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans
    2023- Azərbaycan / Naxçıvan şəhəri, “Təhsildə inkişaf mərhələləri: Rəqəmsallaşdırma və gələcək perspektivlər” mövzusunda I respublika elmi konfransı
    2023- Azərbaycan / Naxçıvan şəhəri, “Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans
    2023- Azərbaycan / Bakı şəhəri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Azərbaycan Tibb Tələbələri və Gənc Alimlərinin Beynəlxalq Konqresi"
    2023- Azərbaycan / Naxçıvan şəhəri, Tələbə Gənclər Təşkilatlarının I regional konfrans
    2024- Azərbaycan / Naxçıvan şəhəri, “Türk dünyasına açılan Şərq qapısı : NAXÇIVAN 100” adlı konfrans
    2024- Özbəkistan / Daşkənd şəhəri “Dillər və mədəniyyətlərarası davamlılıq: yeniliklər və perspektivlər” adlı V beynəlxalq konfrans
    2024- Azərbaycan / Naxçıvan şəhəri, 2023-2024-cü tədris ilinin ikinci yarısında keçiriləcək pedaqoji internaturaların başlanğıc konfransı

 

Foto Albom

img
img
img
img
img
img

50

Tarixi-siyasi və sənədli televiziya verilişlərinin sayı

60

Elmi və publisistik əsərlərinin sayı

1

Monoqrafiyanın sayı

3

Dərs və metodik vəsaitlərinin sayı

Bugünədək tutduğu vəzifələr

2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir. 2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2014-2018-ci illərdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1998-2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. 2001-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2000-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. 2000-2005-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.

2000-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Beynəlxalq münasibətlər” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.

2014-2018-ci illərdə “Naxçıvan” Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır. 2014-2018-ci illərdə “İstedad-XXI əsr” MMC-nin təsisçisi və direktoru olmuşdur. 2018-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.

Əlaqə məlumatları

  • Ünvan :Naxçıvan Dövlət Universiteti
  • e-mail :rektor@ndu.edu.az